28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Sarı jiletli” boksçu polisi döydü - VİDEO

07.01.2019

Yanvarın 5-də Parisdə "sarı jiletlilər”in növbəti etiraz aksiyası zamanı polisə hücum edənlərdən biri keçmiş peşəkar boksçu və 2007-ci ildə boks üzrə Fransa çempionu olub.
"Dövran Media" xəbər verir ki, BFM telekanalının məlumatına görə, hücum edən boksçunun adı Kristof Dettinedir.
Telekanalın yayımladığı kadrlarda iricüssəli, əynində yaşıl jilet olmayan qara gödəkçəli bir kişi qalxan və qoruyucu şlem geyinmiş polis işçisinə yumruqları ilə zərbə endirir. O, zərbələri polisin baş nahiyəsinə endirir.
Bu zaman polis müqavimət göstərməyə çalışsa da, özünü yıxılmaqdan güclə saxlayır. Digər bir videoda isə həmin boksçunun yerdə uzanan polis işçisinə ayaqları ilə zərbə endirməsi görünür.
"Bir boksçu kimi, siz qaydalara riayət etmirsiniz. Biz sizi cinayət məcəlləsində olan qaydalarla tanış edərik”, - deyə polis komissarlığının rəsmi "Twitter” səhifəsində yazılıb.
Bildirilir ki, polis Fransa mətbuatında yayılmış video ilə bağlı hələlik heç kimi həbs etməyib.
Bununla belə, Fransa XİN rəhbəri Kristof Kastaner bəyan edib ki, boksçu bu "qorxaq və yolverilməz hərəkətini” izah etməlidir.
Fransa Boks Federasiyası da boksçunu ittiham edib.
"Federasiya və Milli Peşəkar Boks Liqası olaraq bizim dəyərlərə zidd olan bu cür zorakılığı qəti şəkildə pisləyirik və imicimizin qorunması üçün bütün lazımi tədbirləri görəcəyik”, - deyə federasiyanın saytında qeyd edilib.