28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Neçə faiz amerikalı ABŞ-dan köçmək istəyir? - SORĞU

05.01.2019

Amerikalıların 16 faizi yaşamaq üçün başqa ölkəyə köçmək istəyir.
"Dövran Media" xəbər verir ki, "Gallup” sosioloji araşdırma təşkilatının apardığı son ictimai rəy sorğusunun nəticələri bunu göstərir.
Araşdırma 2017-2018-ci illər ərzində aparılıb. Sorğuda  yaşı 15-dən yuxarı olan min amerikalı iştirak edib.
Ölkəni tərk etmək istəyənlərin böyük əksəriyyəti 30 yaşdan aşağı cavanlardır. Cinsə gəldikdə qadınlar kişilərə nisbətən çoxluq təşkil edib (cüzi fərqlə). Respondentlərin 26 faizi Kanadaya köçmək istəyir.
Bu müvafiq sorğuların keçirildiyi vaxtdan bəri rekord göstəricidir. Sosioloqların fikrincə, tendensiyanın kəskinləşməsi Donald Trampın hakimiyyətə gəlişindən sonra müşahidə olunur.
Misal üçün, ABŞ prezidenti Barak Obamanın hakimiyyəti dövründə, ölkəni tərk etmək istəyənlər 10% təşkil edirdi. Kiçik Corc Buşun vaxtında isə bu göstərici 11% civarında idi.