28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərəb qadınlar SMS yolu ilə boşanacaq

05.01.2019

Səudiyyə Ərəbistanında qadınlar boşanma haqqında SMS-bildiriş yolu ilə məlumatlandırılacaq. Bundan əvvəl bir çox ərəb kişilər həyat yoldaşlarını xəbərdar etmədən boşanırdı. Habelə yanvarın 6-dan qüvvəyə minən müvafiq qanun artıq belə halların qarşısını almağa kömək olacaq.
"Dövran Media" xəbər verir ki, bu haqda Bloomberg məlumat yayıb.
"Qanuna boşanma zamanı qadınların bütün hüquqlarının qorunacağına zəmanət verir”, - deyə hüquqşünas Nisrin əl-Həmdi bildirib.
Bu Vision 2030 proqramı çərçivəsində qadın hüquqlarının tədricən genişlənməsi istiqamətində atılmış növbəti addımdır, və şəxsən vəliəhd şahzadə Məhəmməd bin Salmanın təşəbbüsü ilə həyata keçirilir.
Daha əvvəl onun təşəbbüsü ilə Səudiyyə Ərəbistanında qadınların avtomobil sürməsinə və idman yarışlarının keçirildiyi arenalarda tamaşaçı qismində iştirakına icazə verilib. Həmçinin son 35 ildə ilk dəfə olaraq qadınlar kinoteatrlara buraxılıb.