28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Maradona xəstəxanadan ÇIXDI

05.01.2019

Əfsanəvi argentinalı futbol ulduzu, 1986-cı il dünya çempionu Dieqo Maradona müalicə olunduğu xəstəxanadan buraxılıb.
"Dövran Media"nın Trend-ə istinadən məlumatına görə, D.Maradona Argentinanın paytaxtı Buenos-Ayresdə ötən gecə xəstəxanaya yerləşdirilmişdi.
Onun mədə qanaxmasından əziyyət çəkdiyi məlum olmuşdu.
Bir gecə xəstəxanada qaldıqdan sonra ulduz evə buraxılıb. O, jurnalistlərə verdiyi açıqlamada həyatına heç bir təhlükənin olmadığını deyib.
----------
09:32
Argentinalı futbol əfsanəsi Dieqo Armando Maradona mədə qanaması keçirib.
"Dövran Media" xəbər verir ki, o, xəstəxanaya müayinə üçün getdiyi zaman mədəsində qanama aşkar edilib. Bundan sonra o, əməliyyat otağına yerləşdirilib. Müşahidə altında saxlanılan 58 yaşlı məşqçinin vəziyyətinin ağır olmadığı və sabah mədəsində endoskopik əməliyyat aparılacağı bildirilib.
Qeyd edək ki, dünən Maradonanın Meksikanın "Dorados de Sinaloa" klubu ilə razılaşdığı açıqlanıb və müqavilə imzalanmadan öncə onun tibbi müayinədən keçməsi istənilib.