28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pandaların ağac uğrunda davası - VİDEO

03.01.2019

Çində bir ağac üstündə iki panda arasında düşən dava sosial şəbəkələrdə böyük marağa səbəb olub.
"Dövran Media" xəbər verir ki, kadrlarda ətrafda başqa ağacların olmasına rəğmən, onların məhz həmin bir ağac uğrunda mübarizə apardığını görmək olur.
Əvvəl pandalar itələşərək, bir-birini ağacın gövdəsindən uzaqlaşdırmağa çalışır. Pandalardan biri ağaca dırmanan kimi ikincisi onu ayağından dişləməyə başlayır. Təslim olmaq istəməyən panda rəqibini pəncəsindən və qulaqlarından dişləyərək aşağı itələyir.
"İki Kunq-Fu pandanın şirin döyüşü”, - deyə sosial şəbəkə istifadəçiləri videoçarxı şərh edib.