28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Berdiməhəmmədov oğluna yeni vəzifə verdi

03.01.2019

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdarı xarici işlər nazirinin müavini vəzifəsindən azad edib.
"Dövran Media" xəbər verir ki, Berdiməhəmmədov oğluna Ahal vilayətinin rəhbərinin müavini vəzifəsini həvalə edib.
Qeyd edək ki, əvvəllər Türkmənistanın paytaxtı Aşqabad şəhəri Ahal vilayətinin tərkibində yer alıb. Sonradan paytaxt ayrı administrativ mərkəzə çevrilib və Ahal vilayətinin mərkəzi Annau şəhəri elan edilib.
Berdiməhəmmədovun əmriylə bu şəhər yenidən qurulmalı və ən azı Aşqabad qədər cəlbedici arxitekturaya sahib olmalıdır.
Sərdar Berdiməhəmmədov 2018-ci ilin yazından xarici işlər nazirinin müavini vəzifəsini icra edib.