28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şampun və diş pastası qızlar üçün təhlükəlidir

31.12.2018

Şampun və diş pastasının gözlənilməyən təhlükəsi müəyyən edilib.
"Dövran Media" xəbər verir ki, Kaliforniya universitetinin alimləri müəyyən edib ki, şampun, diş pastası və sabunun tərkibində olan kimyəvi maddələrə məruz qalan uşaqlar erkən cinsi yetişməyə meyilli olurlar. Bu da öz növbəsində psixi xəstəliklər, süd vəzisi və cinsi orqanların xərçənginə səbəb olur.
Araşdırmada 388 qız iştirak edib. Onlar doğulandan yeniyetməlik dövrünə qədər müşahidə altında olub. Ekspertlər uşaqların orqanizminin inkişafına və boyun artmasına təsir göstərən əsas faktorları müəyyən edib.
Araşdırma zamanı müəyyən edilib ki, erkən cinsi yetkinlik süd vəzilərinin böyüməsi və ilk mensturasiyanın 8 yaşında olmaqla özünü büruzə edib.
Qızlar adətən pubertat dövrünə 11 yaşında qədəm qoyur.