29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yusif bəy Ağasıbəyli - Onları unutmayaq

20.12.2018

Yusif bəy Süleyman oğlu Ağasıbəyli (20.12.1896, Gəncə - 1989, Gəncə) - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Yelizavetpol (Gəncə) kişi gimnaziyasını bitirmişdir (1917). Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, elektrotexnika sahəsində təhsil almaq üçün Almaniyanın Drezden Texniki Universitetinə göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı tələbələr İttifaqının 1923-25 illər üçün məlumatında onun təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi. Təhsilini başa vurduqdan sonra Almaniyada qalıb işləmişdir. Ağasıbəyli [931 ildə Gəncəyə qayıtmış, yağ emalı zavodunda baş mexanik vəzifəsində işləmişdir. 1937 ildə həbs edilmiş, 1956 ildə bəraət almışdır.