29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Huawei" telefonlardan istifadəyə QADAĞA

19.12.2018

Çexiyanın Baş naziri Andrey Babiş Nazirlər Kabineti Aparatının əməkdaşlarının "Huawei" markalı mobil telefonlardan istifadəsini qadağan edib.
"Dövran Media"nın məlumatına görə, buna səbəb Çexiyanın Kibernetik Təhlükəsizlik üzrə Milli İdarəsinin rəhbəri Duşan Navratilin Çinin "Huawei" və ZTE firmalarının məhsullarının ölkə üçün təhdid yaratması ilə bağlı bəyanatı olub.
D.Navratil bildirmişdi ki, rəhbərlik etdiyi qurum bu firmaların məhsullarının respublikanın təhlükəsizliyinə təhdid törətdiyini hesab edir.
Onun sözlərinə görə, Çin qanunları ölkədə çalışan özəl şirkətlərdən kəşfiyyat fəaliyyətində əməkdaşlıq etməyi tələb edir.
Bundan başqa, İdarənin hesabatında qeyd olunur ki, ölkədə Çin xüsusi xidmət orqanlarının fəaliyyəti, xüsusən də sənaye casusluğu sahəsində aktivləşib.