29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Reynaldonun “Qarabağ”a qayıdışı rəsmiləşdi

19.12.2018

Bu gün "Qarabağ” 2019-cu il öncəsi ilk transferini reallaşdırıb. 
"Dövran Media" xəbər verir ki, 2013-2016-cı illərdə bu komandada 87 oyunda 43 qolla yadda qalmış braziliyalı forvard Reynaldo Silvanın yenidən "Qarabağ”a qayıdışı rəsmiləşib. 
Futbolçu ilə 2,5 illik müqavilə imzalanıb. Reynaldo "Qarabağ”a qayıdışı haqda öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:
"Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. Səbirsizliklə "Qarabağ” forması ilə yenidən meydana çıxmağımı gözləyirəm. Yaxşı formada olmaq üçün əlimdən gələni edəcəyəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, "Qarabağ” camiəsi mənim üçün çox doğmadır. Komandaya fayda verməyə və "Qarabağ”la yeni uğurlar qazanmağa gəlmişəm”.
Qeyd edək ki, Reynaldo Silva "Qarabağ”a qədər Qazaxıstanın "Aktobe” klubunda çıxış edirdi.