29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Misirdə qədim sərdabə tapıldı

16.12.2018

Misirin paytaxtı Qahirə şəhəri yaxınlığında yaşı 4 000 ildən çox olan məzar tapılıb.
"Dövran Media" xəbər verir ki, bu barədə Misirin qədim abidələr naziri Xalid əl-Ənnani təqdimat mərasimində məlumat verib.
Onun sözlərinə görə, məzarda Misir fironlarının Beşinci sülaləsinə (təqribən e.ə. 2504-2347) aid bir hökmdarı uyuyur.
"Rəngli bəzəkləri, heykəlləri ilə 2018-ci ilin ən dəyərli və gözəl tapıntılarından olan bu məzar həm də indiyədək qarətçilərin əli dəymədiyi üçün böyük əhəmiyyət daşıyır", - deyə nazir bildirib.
X.Ənnani məzarda elmi tədqiqatların aparılacağını qeyd edib.