29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Arsenal"dan "Qarabağ"la oyundakı erməni təxribatı ilə bağlı - BƏYANAT

15.12.2018

"Arsenal" Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunun "Qarabağ"la ev oyununda (1:0) Ağdam klubuna qarşı baş verən erməni təxribatı ilə bağlı bəyanat yayıb.
"Dövran Media" xəbər verir ki, London klubu "Emireyts" stadionundakı təhlükəsizlik məsələlərinin yenidən gözdən keçiriləcəyini bildirib:
"Stadiondakı təhlükəsizlik prosedurları müntəzəm olaraq nəzərdən keçirilir. Son oyunda baş verən insidenti analiz etdikdən sonra arenadakı tədbirləri necə daha da gücləndirə biləcəyimiz haqda düşünəcəyik. "Emireyts"də nadir hallarda hansısa azarkeş meydana girə bilər. Çünki təlim keçmiş çoxsaylı təhlükəsizlik əməkdaşlarımız adətən onların qarşısını vaxtında alırlar".
Qeyd edək ki, "Arsenal" - "Qarabağ" matçınının sonlarında meydana əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutan erməni azarkeş daxil olub və Ağdam klubunun futbolçularının üzərinə qaçıb. "Qarabağ"ın oyunçuları, xüsusilə kapitan Rəşad Sadıqov və stüardlar təxribata cəhd edən fanatı dərhal zərərsizləşdirərək, meydandan kənarlaşdırıblar.