29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-ın Azərbaycandakı səfiri haqqında nə bilirik?

14.12.2018

Amerika Birləşmiş Ştatlarının Senatı Erl Litsenberqeri bu ölkənin Azərbaycandakı səfiri vəzifəsinə təsdiq edib.
"Dövran Media"nın verdiyi məlumata görə, o, bu vəzifədə 2015-ci ildən bu ilin mart ayına qədər ABŞ-ın səfiri vəzifəsində çalışan Robert Sekutanı əvəz edib.
Ötən aylar ərzində isə səfir funksiyasını ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Uilyam Gil yerinə yetirib.
E.Litsenberqer Vermotda Midlberi kollecində tarix təhsili alıb və ABŞ hərbi ordu kollecində strateji araşdırmalar üzrə magistr dərəcəsinə yiyələnib. Müxtəlif dövrlərdə NATO yanında ABŞ missiyasının sədrinin köməkçisi vəzifəsində, ABŞ-ın Serbiya və Qırğızıstandakı səfirliklərində çalışıb. E.Litsenberqer NATO-nun Kabildəkı baş mülki nümayəndəsinin köməkçisi vəzifəsini icra edib.
E.Litsenberqer nazir müşaviri rütbəsi altında diplomatik xidmətin peşəkar işçisi sayılır. O, fransız, rus, serb və bolqar dillərində danışa bilir.