29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Moratadan "Barselona"ya mesaj - Məni alın

12.12.2018

"Çelsi"nin hücumçusu Alvaro Morata ölkəsi İspaniyaya qayıda bilər. 
"Dövran Media" xəbər verir ki, 26 yaşlı forvard "Barselona" rəhbərliyi ilə əlaqə saxlayıb. "Real"n yetirməsi özünü əzəli rəqibə təklif edib.
Luis Suarezin yüngül zədəsini nəzərə alan kataloniyalılar da alternativ hücumçu axtarışındadır. Artıq tərəflər arasında bir görüş baş tutub. Görüşün nəticəsi açıqlanmasa da, transferin mümkünlüyü və oyunçunun rolu müzakirə edilib.
"Real"da layiq olduğu hörməti görmədiyini düşünən Morata "kral klubu"ndan qisas almaq üçün "Barselona"nın formasını geyinməkdə maraqlıdır. 
Qeyd edək ki, Alvaro Moratanın "Çelsi" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədər olsa da, əsas heyətə düşə bilmədiyindən, "zadəganlar" onu satmağı planlaşdırır.