29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Çelsi" İquainin əvəzinə 3 futbolçusunu təklif edir

11.12.2018

"Çelsi" "Milan"ın argentinalı hücumçusu Qonzalo İquaini transfer etmək istəyir.
"Dövran Media" xəbər verir ki, "zadəganlar" İquain üçün 3 futbolçusunu qarşı tərəfə verməyə hazırdır. Bunlar Fabreqas, Morata və hazırda "Milan"da icarədə olan Bakayokodur. "Milan" müqavilə ilə "Yuventus"a məxsus olan İquaini transfer etmə hüququna malik olduğundan bu gedişata razılıq verə bilər.
Fabreqasın və Moratanın oyun praktikasından əziyyət çəkdiyini, İquainin isə "Milan"da oyunu alınmadığını nəzərə alaraq artıq qış transfer pəncərəsində "zadəganlar"la "rossoneri"lər arasında bu keçidlər baş tuta bilər.
Qeyd edək ki, Qonzalo cari mövsüm ərzində 16 oyuna 7 qol vurub.