29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Reynaldo “Qarabağ”a qayıdır? - AÇIQLAMA

11.12.2018

"Qarabağ” sabiq futbolçusu Reynaldonu qaytara bilər.
"Dövran Media” xəbər verir ki, son mövsümü Qazaxıstanda "Aktobe” klubunda keçirən futbolçunun yaxın günlərdə Bakıya gələcəyi deyilir.
Baş məşqçi Qurban Qurbanov Ağdam klubunun uğurlu futbolçularından olan braziliyalını sərəncamında görmək niyyətindədir.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Qafqazinfo”ya açıqlamasında hələ konkret bir şeyin olmadığını bildirib: "Bir çox futbolçu ilə danışıqlar gedə bilər. Amma ortada konkretləşən bir şey yoxdur. Deyildiyi kimi Reynaldo Bakıya dəvət edilməyib. Hələlik komanda Londona yollanır.  Oyunumuz var. Bundan sonra isə məsələyə aydınlıq gələ bilər”.