29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

2018-ci ilin ən gözəl qızı seçildi - FOTO

09.12.2018

Çinin Haynan adasında "Dünya gözəli 2018" müsabiqəsi keçirilib. 
"Dövran Media" bildirir ki, müsabiqənin qalibi Vanessa Ponse de Leon olub. Meksika təmsilçisi dünyanın ən gözəl qızı seçilib.
Yarışmanın ikincisi Tailanddan olan Nikolin Piçapa Limsnukan seçilib. Final buraxılışı 3 saat davam edib. Əvvəlcə münsiflər 30, sonra 12, sonda isə 5 iştirakçını seçiblər. İlk beşliyə Belarusiya, Meksika, Tailand, Uqanda və Yamayka yer alıb. 
Meksikalı qalibə tacını "Dünya gözəli 2017"nin hindli qalibi Manuşi Çhillar taxıb. 
Qeyd edək ki, yarışmaya 118 ölkənin təmsilçisi qatılıb. İştirakçılar bir il əvvəl yarışma üçün Çinə gediblər.