29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rekordlar qıran Azərbaycan mahnısını TÜRK MƏŞHUR OXUDU - VİDEO

05.12.2018

Elvin Mirzadənin rekordlar qıran "Düşün məni” mahnısını türkiyəli müğənni Öykü Gürman ifa edib.
"Dövran Media" xəbər verir ki, türkiyəli müğənni sözləri və musiqisi Elməddin Səfərliyə məxsus mahnıya klip də çəkdirib. Onun ifası sosial şəbəkədə maraqla qarşılansa da, rəylərdə çoxu Elvin Mirzəzadənin bu mahnını daha təsirli oxuduğunu qeyd edib.
Məsələ ilə bağlı Elvin Mirzəzadə fikirlərini bizimlə bölüşüb. O, bildirib ki, Öykü xanım mahnını ifa etməzdən əvvəl müəlliflərdən icazə alıb:
"Keçən il məni Türkiyəyə dəvət etdilər, Öykü xanımın komandası ilə görüşüb müqavilə imzaladıq. Bu nəğməni Öykü xanım da gözəl ifa edib. Məncə, fərqlilik gözəldir”.
Xatırladaq ki, Elvin Mirzəzadəni məşhurlaşdıran "Düşün məni” mahnısı "Youtube”da 10 milyondan çox baxış toplayıb.