06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Meyvə şirəsinin ziyanı da var imiş

19.02.2018

"Dövran Media" dünya mətbuatına istinadən xəbər verir ki, Princeton Universitetinin tərkibində olan Lüyis Siqlerin Inteqrativ Genomika İnstitutunun alimləri belə qənaətə gəliblər ki, meyvə şirələrinin ac qarına istifadəsi bağırsaq mikroflorasına mənfi təsir edir. Araşdırmanın nəticələri Cell Metabolism jurnalında dərc edilmişdir. Mütəxəssislər siçanlara boş mədəyə şirələr və nektarlar içirdərək təcrübə aparıblar. Məlum olub ki, bu vəziyyətdə kiçik bağırsaq fruktozanı parçalaya bilmir, birbaşa yoğun bağırsağa daxil olur və karbohidratlarlın öhdəsindən gələ bilməyən mikroorqanizmlərə ciddi ziyan vurur. Bu həm paketli, həm təzə sıxılmış şirələrə aiddir. Eyni zamanda, elm adamları qeyd edirlər ki, meyvə şəkərinin 90% -i kiçik bağırsaqda sovrulur. Tədqiqatçılar meyvə şirələrini yeməkdən sonra az miqdarda istifadə edilməsini tövsiyə edirlər. Belə olduqda həzm sisteminin ağırlaşmasına mane olur və bağırsaq mikroflorasına zərər vermir.