29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Messi üçlükdə yer almadı

04.12.2018

"France Football" jurnalı tərəfindən 2018-ci ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top" mükafatının tədbiri keçirilib.
"Dövran Media" xəbər verir ki, mükafatın təqdimatı Fransanın paytaxtı Parisdə keçirilib. "Qızıl topu" 5 dəfə qazanan "Barselona" və Argentina millisinin hücumçusu Lionel Messi bu dəfə buna nail olmayıb. 31 yaşlı futbolçu hətta ilk üçlüyə də düşə bilməyib. Messi 2007-ci ildən sonra "Qızıl top" mükafatında ilk üçlüyə düşə bilməyib.
Messi 2007-ci ildə 3-cü, 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə 2-ci olub, 2009, 2010, 2011, 2012 və 2015-ci illərdə mükafata sahib çıxıb.