29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yer üçün ən böyük təhlükə: NASA-nın araşdırması - VİDEO

04.12.2018

NASA Yer kürəsi üçün potensial təhlükə hesab edilən "Bennu” asteroidinin hərəkətinin görüntülərini paylaşıb.
"Dövran Media" xəbər verir ki, "Bennu”nun tam fırlanması oradan qrunt nümunələri gətirmək üçün göndərilən OSİSİS-REx planetlərarası stansiyanın köməyi ilə qeydə alınıb.
"Salam, asteriod Bennu! Bizim OSİSİS-REx kosmik aparatımız səninlə görüşmək üçün 2 milyard mildən çox uçdu”, - NASA videonu yaydığı Tvitter hesabında yazıb.
NASA-dan bildirilib ki, bu asteroidi 1 il ərzində öyrənmək niyyətindədirlər. Daha sonra kosmik zond alimlərin araşdırması üçün "Bennu”dan nümunələr götürəcək. OSİSİS-REx kosmik stansiyasının Yerə 2023-cü ilin sentyabrında qayıdacağı planlaşdırılıb.