29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tanınmış modelyer xəstəxanaya yerləşdirildi

03.12.2018

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Leyla Əhmədovaya qarşı cinayət törətməkdə təqsirləndirilən Nizami Ağayev, Azər Lütfəliyev və Ceyhun Eyvazovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. 
"Dövran Media" xəbər verir ki, prosesə sədrlik edən hakim Mirzə Xankişiyev bildirib ki, zərərçəkmiş şəxs qismində tanınan L.Əhmədova məhkəməyə ərizə ilə müraciət edərək, səhhətində problem yarandığını, xəstəxanaya yerləşdirildiyini bildirib. 
Bu səbəbdən o, məhkəmə iclasına gələ bilməyib. 
Hakim qeyd edib ki, zərərçəkmiş şəxsin və ya nümayəndəsinin iştirakı olmadan iclas aparıla bilməz. 
Buna görə məhkəmə iclası dekabrın 12-dək təxirə salınıb.