25 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lavrov ABŞ-ın mövqeyini tənqid etdi

17.02.2018

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın, Suriyada anlaşılmaz bir yanaşmaya sahib olduğunu ifadə edərək, "ABŞ, Suriyadakı hərəkətlərinin başından etibarən Türkiyənin kürdlərlə bağlı narazılığını görməməzliyə vurdu." deyib.
Almaniyanın Münih şəhərində keçirilən 54-cü Beynəlxalq Münhen Təhlükəsizlik Konfransında iştirak edən Lavrov bu fikirləri "Euronews" televiziya kanalına bildirib.
Anadolu Agentliyinın xəbərinə görə, ABŞ-ın, Suriyada 2-3 ildir qeyri-qanuni bir şəkildə olduğunu dilə gətirən Lavrov "Türkiyənin mövqeyi fərqli şəkildə dəyərləndirilə bilər, lakin bu mövqe həqiqətdir və heç kimə də sirr deyildir." istifadəsini də işlədib.
Lavrov Türkiyənin Suriyadakı bəzi qrupların PKK ilə əlaqəli olaraq fəaliyyətdə olmaları fikrini xatırlatdı. Bu yanaşmanın öncədən məlum olduğunu izah edən Lavrov, "Türkiyə dəfələrlə Suriya sərhədindəki bölgənin kürdlərin nəzarətinə keçməsinə heç bir şəkildə icazə verməyəcəyini bildirmişdi, Ancaq ABŞ Türkiyənin mövqeyini görməməzlikdən gəldi, kürdlərə böyük silah yardımları etdi." deyə bildirib.
ABŞ-ın mövqeyini tənqid edən Lavrov, belə dedi: "ABŞ, Suriyada anlaşılmaz, dar bir dünya görüşünə və bəlkə də pis niyyətli yanaşmaya sahibdir. Bir müddət əvvəl əksəriyyəti kürdlərdən ibarət və Türkiyə-Suriya sərhədinə 30 minlik bir ordu quracaqlarını söyləmişdilər. Sonra yöndəmsiz bu şəkildə söylədiklərini təkzib etdilər, ancaq bunlar niyyətlərindən vaz keçmələri anlamına gəlməz. Sonra isə Türkiyə Afrin əməliyyatını başlatdı. Bu, açıqca deyim ki, mənim üçün sürpriz olmadı. Ankaranın davamlı xəbərdarlıqlarını "Washington" görməməzliyə vurdu."
"DM"