29 09 2023-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
01/08/2023
31/07/2023
29/07/2023
28/07/2023
27/07/2023
26/07/2023
25/07/2023
24/07/2023

Biz özümüzü aldatdıq, nəticə də 44 günlük müharibə oldu - Video

28.01.2022

44 günlük müharibə böyük özünüaldatmanın nəticəsidir.
Bu sözləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında deyib.

"Yalanla yaşadığımız bəsdir. Baş verən faciəmiz böyük özünüaldatmanın nəticəsidir. Reallığın gözünə dik baxmaq lazımdır, bir-birimizlə düz danışmalıyıq, heç nəyi gizlətmədən”, - Mirzoyan bildirib.

O əlavə edib ki, Türkiyə və Azərbaycanla normallaşma barədə müxalifətin tənqidlərinə cavab vermək istəmir:

"İzah etsinlər ki, 1990-cı illərdən vaxtaşırı olaraq Türkiyə ilə aparılan və yaxud imitasiya edilən danışıqlar necə olub və ictimaiyyət niyə bu barədə məlumatlandırılmayıb. Mən isə parlamentdə və digər kürsülərdən danışıqlar barədə hər şeyi açıqlayıram”.

"Çoxsaylı hərbçilərin ölümünə səbəb olan ölkə ilə necə danışıqlar aparmaq olar” sualına isə Mirzoyan belə cavab verib:

"Əlbəttə, ümummilli qırmızı xətlərimiz var ki, keçə bilmərik. Ancaq təəssüf ki, biz qonşularla uzun müddət konflikt yaşayan nə birinci, nə də axırıncı ölkəyik. Biz uzunvədəli və stabil sülhə köklənmişik”.

Qeyd edək ki, Ermənistan bu gün ordunun yaranmasının 30-cu ildönümünü qeyd edir.