03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünyada İLK: Yeni televizorlar gəlir - FOTO

04.01.2018

Televiziya texnologiyasında daha bir yenilik. Dünyanın ən məşhur brendlərindən olan "LG" özünün yeni televizorlarını təqdim edib.

"LG" firması yeni 88 düymlük və "8K” formatlı LED ekran prototiplərini nümayiş etdirib.

Texnologiyanın ən son mərhələsi 4k olduğu halda, LG son dərəcə yenilik edərək ilk dəfə 8k HDR standartlaşdırma prosesini tətbiq edib.

88 düymlük televizor və 27 düymlük monitordan, hər iki qurğu 120 hers yeniləmə tezliyi və 7680×4320 piksel təsvir ölçülü "OLED” panellərlə təchiz edilib. Full HD görüntüdən 16 dəfə daha aydın təsvirə malikdir.

"4K" standart sisteminin varisi olan "8K" sistemi elektrik enerjisinə 4 qat daha qənaət edir.

"LG" şirkətinin baş direktor müavini In-Byung Kanq, "8K" OLED standart sisteminin dünyada bir ilk olduğunu vurğulayıb:

"Biz müştərilərə və dünya bazarlarına yeni, ekonom məhsullar təqdim edirik. Nəhəng ekranlı "LG" CES televizorları 2018-ci ildən etibarən satışa çıxarılacaq. Hazırda dəqiq təqvim və qiymət demək mümkün deyil, lakin unutmayaq ki, bu cür məhsulların istehlakçıya hazır məhsuldan daha çox konsepsiya halında təqdim olunur"./publika.az