03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Messi Ronaldonun 2 rekordunu qırdı

29.11.2018

İspaniyanın "Barselona” futbol klubunun argentinalı oyunçusu Lionel Messi portuqaliyalı futbolçu Kriştianu Ronaldonun 2 rekordunu qırıb.
"Dövran Media" xəbər verir ki, Messi bu ilkə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Barselona” (İspaniya) və "PSV” (Hollandiya) futbol klubları arasında keçirilən qarşılaşmada imza atıb.
31 yaşlı Messi Çempionlar Liqasının qrup mərhələləri tarixinin ən yaxşı bombardiri olub.
O, turnir tarixində "Yuventus”un (İtaliya) oyunçusu Ronaldonu 1 top qabaqlayaraq, vurduğu qolların sayını 66-ya çatdırıb.
Messi qarşılaşmada Ronaldonun başqa bir rekordunu da təzələyib.
Argentinalı Çempionlar Liqası çərçivəsində baş tutan oyunlar tarixində vurduğu qolların sayını 106-ya çatdıraraq, burada da rəqibini bir top fərqi ilə geridə qoyub.