03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Avropanın ən çox satılan maşınları

04.01.2018

Avropada ən çox satılan avtomobillərin reytinqi açıqlanıb.

Reytinqi "JATO Dinamiks” şirkəti hazırlayıb. Şirkət keçən ilə nisbətdə Avropanın avtomobil bazarının 5,2% böyüdüyünü bildirib.

Yeni reytinqdə ilk yeri Almaniyanın "Volksvagen Qolf” avtomobili tutub. Belə ki, bu markadan 445.205 ədəd satılıb. "Volksvagen Qolf”un ən çox satıldığı ölkələr Avstriya, Belçika, Almaniya, Norveç və Lüksemburq olub.

İkinci yerdə Fransanın "Reno Clio” markası qərarlaşıb. Avropada bu fransız markasından 298.990 ədəd satılıb.

İlk üçlüyü isə "Volksvagen Polo” avtomobili tamamlayıb. Bu il adı çəkilən markadan 255.370 ədəd satılıb.

Ondan sonrakı yerdə "Ford Fiesta”, "Nissan Qaşqay”, "Pejo 208”, "Opel Korsa”, "Volksvagen Tiquan”, "Şkoda Oktavia” və "Opel Astra” qərarlaşıb.