03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yeni baş məşqçi klubunu səhv saldı

14.11.2018

"Selta"nın yeni baş məşqçisi klubunu əzəli rəqibi ilə səhv salıb.
"Dövran Media" xəbər verir ki, ötən gün mətbuat konfransı keçirilərkən Viqo təmsilçisinin yeni baş məşqçisi Miqel Kardoza klubunu "Deportivo" ilə səhv salıb.
"Mənə göstərdikləri etibara görə klubun prezidentinə və idman direktoruna təşəkkürü bildirirəm. Biz "Deportivo"ya yeni təcrübə üçün gəlmişik. Daha doğrusu "Selta"ya", - deyib Kardoza.
Xatırladaq ki, "Deportivo" "Selta"nın əzəli rəqibidir. La Korunya və Viqo Qalisiyada yerləşirlər.