03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan yarım milyardlıq təyyarəsi ilə ilk dəfə uçdu - FOTO

14.11.2018

Qətər şeyxi Təmim bin Hamed Əl Saninin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə etdiyi və xeyli mübahisələrə səbəb olan VİP təyyarə ilk dəfə istifadə olunub. 
"Dövran Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransaya səfər edən prezident yeni "Boing 747-8” tipli təyyarəsində ilk dəfə mətbuat nümayəndələri ilə görüşərək foto çəkdirib.
Təyyarənin daxili görünüşünün əvvəlkinə nisbətən xeyli geniş olması da diqqətdən yayınmayıb. Hətta masanın belə əvvəlkindən iki dəfə böyük olduğu bildirilir. Normalda 400 sərnişin daşıya bilən təyyarədə özəl olaraq 76 sərnişin üçün hazırlanıb. Hava gəmisinin dəyərinin təxminən 500 milyon dollar olduğu bildirilir.
İyulun 15-də İsveçrənin Bazel şəhərindən İstanbulun Səbihə Gökçən hava limanına enən təyyarə Türk Hava Yollarına məxsus xüsusi ərazidə saxlanılıb.