04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Roberto Martinesdən “Real”la bağlı açıqlama

10.11.2018

Xulen Lopeteqinin "Real"dan ayrılmasından sonra boş qalan baş məşqçi postuna namizədlərdən olan Roberto Martines məsələylə bağlı açıqlama verib.
"Dövran Media" xəbər verir ki, hazırda Belçika millisinin "sükanı arxasında" olan 45 yaşlı mütəxəssis çıxan xəbərləri təkzib etməyib:
"Menecerimin "Real"la danışıqlar aparıb-aparmaması haqqında danışmaq istəmirəm. Hazırda bu, mənasız mövzudur. İsveçrə və İslandiya ilə oyunlara köklənmişəm. Başqa bir şey haqqında danışmaq hörmətsizlik olar. Onsuz da bunu iki fərqli dildə dedim. İstəsəz, bədən diliylə, ya da mahnı oxuyaraq da açıqlaya bilərəm".
Lopeteqenin istefasından sonra "kral klubu"nun "sükanı arxasına" müvəqqəti olaraq Santyaqo Solari keçib.