04 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Arsenal"ın zədəli futbolçusu "Qarabağ"a qarşı oynayacaq

08.11.2018

İngiltərənin "Arsenal" klubunun uzun müddətdir zədəli olan futbolçusu Loran Koselni Avropa Liqasının qrup mərhələsinin VI turunda evdə "Qarabağ"la matçda iştirak edəcək. 
"Dövran Media" xəbər verir ki, bu barədə London təmsilçisinin baş məşqçisi Unay Emeri məlumat verib. 
48 yaşlı mütəxəssis bildirib ki, fransalı müdafiəçi milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən sonra oyunlara çıxmaq üçün tam hazır olacaq. 
Qeyd edək ki, Loran Koselni ötən mövsüm Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda İspaniya "Atletiko"su ilə matçda zədələnib. 33 yaşlı oyunçu bu səbəbdən Rusiyada keçirilmiş dünya çempionatında da iştirak etməyib. Təcrübəli müdafiəçi Avropa Liqasının qrup mərhələsinin II turunda "Arsenal"ın Bakı Olimpiya Stadionunda "Qarabağ"ı 3:0 hesabı ilə məğlub etdiyi oyunu da buraxıb. Koselni oktyabr ayında Fransa millisindəki karyerasını başa vurduğunu açıqlayıb.