04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan heyəti Nobel muzeyində - FOTO

07.11.2018

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Avropa görüşləri çərçivəsində növbəti səfəri İsveçdə olub.
"Dövran Media" xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Stokholmdakı səfirliyində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyulub. Daha sonra İsveç siyasətində uğur qazanmış bir qrup azərbaycanlı ilə görüş keçirilib. Görüşdə Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov, habelə İsveç Sosial-Demokratlar Partiyasının üzvləri, Söderberq Jönköpinq region parlamentinə seçkilərdə qalib gələn siyasətçi İradə Əliyeva, Haninge bələdiyəsindən əyalət parlamentinə seçilən deputat Vüsal Quliyev və İsveç Mərkəz Partiyasından Partille bələdiyyə məclisinin üzvü seçilən Turan Əliyev də iştirak edib.
Azərbaycan diasporunun fəaliyyəti, Diasporla İş üzrə Dövlət Komitəsinin planları haqqında danışan Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf etdiyini, ümummilli lider Heydər Əliyevin diaspor quruculuğuna verdiyi töhfələri qeyd edib.
Daha sonra nümayəndə heyəti Nobel muzeyində olub. Direktor Olov Amelin muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verib, buranın özəlliklərindən, nümayiş etdirilən eksponatlardan danışıb. Dövlət Komitəsinin sədri isə, öz növbəsində, Azərbaycanla İsveç arasındakı əlaqələrin tarixindən, Nobel qardaşlarının ölkəmizdə fəaliyyətindən söhbət açıb və tarixin bu səhifələrinin daha yaxşı öyrənilməsinin zəruriliyini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda Dağlıq Qarabağ haqqında kitab Olov Amelinə hədiyyə edilib.
Səfər çərçivəsində nümayəndə heyəti Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının yaradılması ilə əlaqədar keçirilən Təsis konfransında da iştirak edib. Konfransda İsveç, Norveç, Finlandiya və Danimarkadakı Azərbaycan diaspor təşkilatlarının və soydaşlarımızın daha konstruktiv, məqsədyönlü, aktiv və koordinasiyalı fəaliyyətini təmin etmək məqsədilə İsveçdə Azərbaycanlıların Koordinasiya Şurasının yaradılması haqqında qərar qəbul olunub.
"Finlandiya Azərbaycan-Türk gənclər təşkilatının” sədri Ülviyyə Cabbarova, İsveçdə fəaliyyət göstərən yazıçı, SAF təşkilatının üzvü Eluca Atalı, İsveç Azərbaycanlıları Konqresinin üzvü Sara Eveberger, habelə Norveçdə fəaliyyət göstərən "Can Azərbaycan” təşkilatın rəhbəri Şervin Nəcəfpur Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.