04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çeçen nazir: Azərbaycan mənim vətənimdir

07.11.2018

Çeçenistan Respublikasının səhiyyə naziri Elxan Süleymanovun bioqrafiyası Azərbaycanla bağlıdır. 
Dövran Media xəbər verir ki, o, bununla bağlı "Moskva-Baku”ya müsahibəsində danışıb. 
Elxan Süleymanov Qusar rayonunun Yarqun kəndində doğulub.
Nazir deyib ki, Azərbaycanla onu çox şey bağlayır, bu, onun uşaqlığının, məktəb və universitet vaxtlarının keçdiyi vətənidir. İndi Azərbaycanda onun qohumları, dostları, qırmızı diplomla bitirdiyi Tibb Universitetindəki tələbə yoldaşları yaşayır. 
"Diplomu aldıqdan sonra Bakıda qaldım və akademik Cəmil Əliyevin rəhbərliyi altında Milli Onkoloji Mərkəzdə işlədim. O, indi də bu müəssisənin rəhbəridir. İlk iş yerimlə, sabiq həmkarlarımla indi də əlaqə saxlayıram. 
Eyni zamanda, Bakıda qohumlarım və dostlarım yaşayır. Uşaqlarım tez-tez nənə və babasına baş çəkirlər. Yaqun kəndinə də gedirəm, orada mənim çoxlu qohumlarım var”, - müsahib bildirib və əlavə edib ki, bu il bir neçə dəfə Azərbaycanda olub.