04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Fərqanə Qasımova Bülent Ersoyu heyran qoydu - VİDEO

01.11.2018

Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova Türkiyədə səhnəyə çıxıb. "Dövran Media" xəbər verir ki, xanəndə ötən gün məşhur müğənni Bülent Ersoyun konsertində iştirak edib.
Türkiyənin "Diva”sı Qasımovanı səhnəyə dəvət edərək ondan mahnı oxumasını xahiş edib. Zalda əyləşən hər kəs əməkdar artistin ifasını bəyənərək alqışlayıb. Bülent Ersoy da Qasımovanın oxuma tərzinə heyran olaraq səhnəyə çıxdığı üçün ona təşəkkürünü bildirib.
Muğam ifaçısı həmin kadrları instaqram səhifəsində paylaşaraq "Gözəl xatirələrdən biri. Türkiyənin böyük sənətkarı Bülent Ersoyla eyni səhnədə olmaq qürurvericidir” – şərhini yazıb.