02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşhur aktyoru oğruya oxşatdılar - VİDEO

25.10.2018

"Friends" teleserialındakı "Ross Qeller" rolu ilə məşhurlaşan amerikalı aktyor Devid Şrimmer oğru ilə səhv salınıb.
"Dövran Media" ABC-yə istinadən bildirir ki, Britaniyada polis Hollivud ulduzuna çox bənzəyən oğrunu axtarır.
"Bu şəxsi tanıyırsınız? Bləkpul şəhərində sentyabrın 20-də baş vermiş oğurluqla bağlı onunla danışmaq istəyirik", - Bləkpul polisi sosial şəbəkələrdə yaydıqları fotonu bu sözlərlə müşayiət ediblər.
Minlərlə sosial şəbəkə istifadəçisi oğrunun Devid Şvimmer olduğunu yazıblar.
Bir müddət sonra isə Bləkpul şəhərinin polis departamentii Twitter-dəki akkauntunda belə bəyanat verib: "Hamıya operativ reaksiyaya görə təşəkkür edirik. Məsələni təfərrüatı ilə araşdırdıq və bəyan ediri ki, Devid Şvimmer həmin gün Amerikada olub".
Aktyorun özü məsələdən xəbər tutanda Twitter-də yazıb: "Zabitlər, and içirəm ki, fotodakı mən deyiləm. Həmin gün Nyu-Yorkda olmuşam".