02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yaponiyanın Facebook-dan TƏLƏBLƏRİ

22.10.2018

Yaponiya hökuməti Facebook sosial şəbəkəsindən istifadəçilərin şəxsi məlumatlarının mühafizəsinin təmin edilməsi üzrə əlavə tədbirlər görməyi tələb etmək niyyətindədir.
"Dövran Media" xəbər verir ki, Yaponiya hökuməti, ilk növbədə, Facebook-un istifadəçilərin zərurət halında məlumatların silinməsi haqqında sorğusuna operativ cavab verməsi üçün təminat almaq istəyir.
Bundan başqa, müvafiq komissiya sosial şəbəkədən burada qeydiyyatdan keçmiş 29 milyon istifadəçinin bu ilin sentyabrında şəxsi məlumatlarının oğurlanması səbəbini araşdırmağı tələb etmək niyyətindədir.
Qeyd edək ki, Facebook "The New York Times" qəzetində sosial şəbəkənin şəxsi məlumatları "Cambridge Analytica" şirkətinə verməsi haqqında yazı dərc olunandan sonra böyük qalmaqalın mərkəzinə çevrilib. Söhbət 87 milyon istifadəçinin fərdi məlumatlarından gedir.