25 08 2025-cu il Bakı 30 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“Bavariya” Vengeri gətirmədi

19.10.2018

Arsen Vengerin "Bavariya”nın baş məşqçisi vəzifəsinə gətiriləcəyi haqda xəbərlər təsdiqini tapmayıb.
"Dövran Media"nın "Mirror”a istinadən yaydığı xəbərə görə, Münhen klubu rəhbərliyinin bu gün keçirdiyi mətbuat konfransında hazırkı baş məşqçisi Nika Kovaça dəstək ifadə olunub.
Klubun idarə heyətinin sədri Karl-Hayns Rummenige bildirib ki, komandaları bu mövsüm bundesliqada hələlik lazımi səviyiyyədə çıxış etməsə də, klub rəhbərliyi futbolçu və məşqçiləri dəstəkləyir. "Bavariya”nın idman direktoru Hasan Salihamiciç isə deyib ki, klub Nika Kovaçla əməkdaşlığı davam etdirəcək.
Qeyd edək ki, Arsen Vengerin bu gün "Bavariya”ya baş məşqçi təyin oluna biləcəyi haqda xəbəri Almaniyanın "Bild” qəzeti yaymışdı.