04 05 2025-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

“Survivor 2019”un ilk iştirakçısı məlum oldu

18.10.2018

"TV8" kanalında yayımlanan "Survivor" yarışmasının növbəti mövsümü üçün ilk iştirakçının adı açıqlanıb.
"Dövran Media" xəbər verir ki, bu, "MasterChef" adlı yemək verilişində iştirakçı olmuş Murad Özdəmirdir.
Daha öncə "Yemekdeyiz" verilişində aqressiv hərəkətlər etdiyi üçün yarışmadan qovulan M.Özdəmir, "MasterChef"də diqqətləri üzərinə cəlb etməyi bacarıb. Daha çox polemikaları ilə gündəmə gələn aşpazın "Survivor"da da iz buraxacağı gözlənilir. 45 yaşı olan Murad evlidir və bir qızı var.
Qeyd edək ki, "Survivor 2019" Türkiyə və Yunanıstan komandaları arasında keçiriləcək. Yarışma gələn ilin fevralında başlayacaq.