02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Oktarın villasının SONU - VİDEO

17.10.2018

Türkiyədə təriqət lideri, müxtəlif cinayətlərdə ittiham edilərək həbs edilən Adnan Oktarın İstanbulun Qandilli səmtindəki villası sökülüb.
"Dövran Media" xəbər verir ki, 2 həftə öncə start verilən söküntü işləri nəticəsində ərazidəki bütün qanunsuz tikililər dağıdılıb.
Hazırda dağıntıların daşınaraq ərazidən çıxarılır.
Bir zamanlar Adnan Oktarın "kediciklər" adlandırdığı "müridləri" ilə lüks həyat yaşadığı villadan isə geriyə qalan mənzərə səmadan çəkilişlə görüntülənib.
Xatırladaq ki, 11 iyulda səhər saatlarında İstanbul daxil olmaqla, eyni anda 4 ünvanda keçirilən xüsusi əməliyyatla Adnan Oktarla yanaşı 235 müridi də saxlanılmışdı.
Əməliyyatdan bir neçə gün sonra isə Adnan Oktarın İstanbulun Çəngəlköy səmtindəki 30 hektar ərazini əhatə edən 100 otaqlı villasından isə külli miqdarda pul, müxtəlif silahlar və digər əşyalar maddi sübut kimi polislər tərəfində müsadirə edilib.
Həmçinin, villadakı çoxlu sayda lüks avtomobillər də evakuataor vasitəsilə daşınıb. Bundan başqa, onun sahibi olduğu digər mülklərə həbs qoyulub, şirkətlərinə isə qəyyumlar təyin edilib.