03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hokinqin ölümündən əvvəl QORXUNC PROQNOZU

15.10.2018

Məşhur fizik Stiven Hokinq ölümündən əvvəl DNK-sı dəyişdirilmiş "super insanlar"ın planeti zəbt edəcəyindən qorxusunu ifadə edib.
"Dövran Media" xəbər verir ki, alim bu barədə sonuncu kitabında yazıb.
"Ciddi suallara qısa cavab" adlı kitab oktyabrın 16-da dərc ediləcək.
Kitabda fizik gələcəkdə insanların DNK-larını dəyişdirəcəklərindən və orqanizmlərinin müxtəlif xüsusiyyətlərinin gücləndirəcəklərindən yazıb.
"Ehtimal ki, gələcəkdə genetik mühəndisliyə qarşı qanunlar tətbiq ediləcək. Lakin bəziləri insani keyfiyyətlərini yaxşılaşdırmaq üçün (xəstəliklərə qarşı mübarizə və ömrün uzadılması) bu qanunlardan kənara çıxacaqlar", - "The Sun" qəzeti kitabdan sitat gətirir.
Hokinqin fikrincə, "super insanlar"ın yaradılması adi insanların aşağı kastada formalaşmasına, daha sonra isə onların məhv olmasına səbəb olacaq.