03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Stadiona çıxan it dünyaca məşhurlaşdı - VİDEO

12.10.2018

Gürcüstanın futbol üzrə Milli Liqasında Qorinin "Dila" və Kutaisinin "Torpedo" klubları arasındakı matç uzun müddət yaddan çıxası deyil.
Qarşılaşmanın 69-cu dəqiqəsində meydana qara köpək çıxıb.
Qori şəhərindəki mədəniyyət və istirahət parkında yaşayan bu evsiz köpəyin bir yaşı var. "Dila"nın futbolçuları və stadionun mühafizəçisi onu yemləyirlər.
Matç zamanı it əvvəlcə "Torpedo"nun müdafiəçisi Mamuka Kobahidzeyə tərəf qaçıb, sonra meydanda ora-bura qaçaraq futbolçularla oynamağa çalışıb.
Şən köpəyi yalnız "Torpedo"nun və Gürcüstan yığmasının qokliperi Roin Kvasxvadze sakitləşdirə bilib.
Köpəyə görə oyun 3 dəqiqə dayanmışdı. Matç 0:0 hesabla başa çatıb.
Stadionun meneceri Merab Merabaşvili deyib: "Bu köpək futbolu çox sevir, məşqlər zamanı prosesə tribunalardan tamaşa edir. Amma bu matç zamanı nədənsə futbolçulara qoşulmaq istədi".
Köpəyin stadiondakı macəralarının videosu sosial şəbəkələrdə sürətlə yayılıb.