03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Faiq Qarayev karyerasını başa vurdu

11.10.2018

Azərbaycan voleybolunun inkişafında mühüm xidmətləri olan, ölkə voleyboluna yüksək nailiyyətlər qazandıran milli komandamızın baş məşqçisi Faiq Qarayev məşqçilik karyerasını başa vurub.
"Dövran Media" xəbər verir ki, 59 yaşlı təcrübəli mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar bu barədə qərar qəbul edib.
Milli komandamızı 4 dəfə dünya, 7 dəfə Avropa çempionatına yüksəldən, yığma və klubla bir sıra turnirlərdə uğurlara nail olan dünya şöhrətli çalışdırıcı bu idman növünün daha da inkişafı üçün fəaliyyətini davam etdirəcək. F.Qarayev Azərbaycan Voleybol Federasiyasının birinci vitse-prezidenti kimi komandalarımıza və gənc idmançılara məsləhətlərini verəcək.
Ölkə voleybolunda xüsusi izi olan Natalya Məmmədova da bundan sonra yığmanın heyətində yer almayacaq. O, bundan sonra əsas komandanın formasını geyinməyəcəyini açıqlayıb. N.Məmmədova bu qərarını heyətdə gənc voleybolçulara yol açmaq üçün qəbul etdiyini bildirib. Karyerasını Qazaxıstanda davam etdirəcək ulduz voleybolçu Yaponiyada millinin üzvləri ilə vidalaşıb.