06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qadın intiqamı: Tarix + FOTOLAR

07.02.2018

Bu hadisə amansız döyüşü və qanlı qisası - bunu yalnız kişi etməlidir kimi
düşüncələri alt-üst edir. 
Gözəl cinsin nümayəndəsi olan qadınlar kişilərdən hec də geri qalmırlar. Kasıb ailədə dünyaya gəlmiş, Devi Pxulan itaətsizliyı ilə həmişə fərqlənirdi. O, 11 yaşında ərə verilib, amma nəticədə ərini nikahdan imtina etməyə məcbur etməyi bacarıb. Bir neçə ildən sonra quldurlar tərəfindən oğurlanıb və orda əsl məhəbbətini – Vikram Mallaxı tapıb. Lakin sevgililərin xoşbəxtliyi çox uzun çəkməyib. Dəstədə müxtəlif qruplar arasında fikir ayrılığı yaranır və nətıcədə Vikram öldürülür, Pxulan isə əsir düşür. Quldurlar tərəfindən dəfələrlə təcavüzə məruz qalan qız bir neçə həftədən sonra qaça bilir. Devi qisas almaq istəyirdi və köhnə dəstənin üzvlərindən qalanlarını tapıb yenisini yaradır, sevgilisinin səhvlərini təkrarlamamağı qərara alır. O, xalq arasında yerli Robin-Qud kimi idi. Onun dəstəsi varlıları talayır və qəniməti kasıblarla bölüşürdü. On yeddı aydan sonra Devi Bexmay kəndinə qayıdır. Öz qisas yanğısını söndürmək üçün Pxulan kənd sakinlərindən Vixramın qatilini və onu oğurlayıb zorlayanları tələb edir.
Deyilənə görə, Devi yalnız iki zalımı tapa bilib. Onda qəzəblənmiş qadın dəstəsinə kəndin bütün gənclərini güllələmək əmr edir. Nəticədə 22 kişi öldürülür. İki ildən sonra Devi Pxulan hakimiyyətə təslim olmaq məcburiyyətində qalır. Amma hökumət xalq qəhrəmanını edam etmədi və 11 il həbs cəzası çəkən Devi sonra nəinki azadlığa çıxdı, həm də görkəmli siyasətçi oldu. Aşağı təbəqələrin və qadın hüquqları uğrunda mübarizə aparan Devi Hindistan parlamentinə iki dəfə seçilmişdir. (Mənbə: Ria.Novosti)
DM