02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı model Gürcüstanda QALİB OLDU

30.09.2018

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən "Miss and Mister Planet - 2018” beynəlxalq gözəllik müsabiqəsinin qalibləri müəyyənləşib.
Report-un məlumatına görə, "Miss Planet - 2018” tituluna Ukrayna təmsilçisi Yelena-Evelina Firut, "Mister Planet - 2018” tituluna isə Azərbaycan təmsilçisi Emil Qasımov layiq görülüb.
"Miss Planet 2018” titulu uğrunda yarışmada Azərbaycanı təmsil edən Züleyxa Orucova isə internet üzərindən keçirilmiş səsvermədə media arasında rəğbətə görə ilk beşlikdə yer alıb.
Gözəllik müsabiqəsinə Rusiya, Azərbaycan, Ukrayna, Belarus, Estoniya, Tacikistan, Latviya daxil olmaqla ümumilikdə 35 ölkəni təmsil edən modellər qatılıb.