02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qurban Qurbanov TARİXƏ DÜŞDÜ

28.09.2018

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionatları tarixinə düşüb. 
"Dövran Media" məlumatına görə, 46 yaşlı mütəxəssis 1992-ci ildən keçirilən yarışın 26 illik tarixində ən çox qələbə qazanan məşqçi ünvanına yiyələnib. 
Bu rekord Azərbaycan Premyer Liqasının I turundan təxirə salınan "Zirə” ilə matçda rəsmiləşib. 3:2 hesablı qələbə Qurbanovun çempionatlarda 205-ci uğuru olub. 
Klub karyerasında "Neftçi” və "Qarabağ”a rəhbərlik edən mütəxəssis məşqçi kimi 13-cü mövsümündə, 347-ci qarşılaşmada rekord vurub. Onun komandaları matçların təxminən 59 faizində qalib gəlib.
Oxu: "Qarabağ” lider oldu
V turun "Qəbələ” ilə matçında əldə olunan 4:1 hesablı qalibiyyətlə rekorda şərik çıxan Q.Qurbanov təxirə salınan matç keçirildikdən sonra aktivində 204 qələbə olan Ağasəlim Mircavadovun rekordunu arxada qoyub. 
Sonuncu "Qarabağ”, "Bakı fəhləsi”, "Şəmkir”, "Neftçi”, "Xəzər Lənkəran”ı ümumilikdə 343 çempionat oyununa çıxarıb.
"205”ə çatan Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 2006/07 mövsümündə debüt edib. Onun ilk qələbəsi "Neftçi”dəki debüt matçına təsadüf edib. 2006-cı il avqustun 6-da Qurbanovun yetirmələri "Gənclərbirliyi”ni məğlubiyyətə uğradıb – 6:1.
Qeyd edək ki, ölkə çempionatlarının yeni rekordçusu "Zirə”ylə matçda yubiley də qeyd edib. Qurbanov "Qarabağ”ı bütün turnirlərdə (çempionat, kubok, avrokubok) üst-üstə 450-ci oyuna çıxarıb.