02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı idmançı Hollandiyada döyüşəcək

28.09.2018

Azərbaycanın və "Qəbələ" İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirəcək.
"Dövran Media" xəbər verir ki, təmsilçimiz sentyabrın 29-da "Glory" seriyalı yarışda qüvvəsini sınayacaq. Alim Hollandiyanın paytaxtı Amsterdamda təşkil olunacaq "Glory59" çərçivəsində döyüşəcək. Yarımorta çəki dərəcəsində çıxış edən kikboksçumuz hollandiyalı Eyevan Danenberqlə üz-üzə gələcək.
Amsterdamdakı "Yohan Kroyff Arena"da keçiriləcək döyüş gecəsi Bakı vaxtı saat 23:30-da başlayacaq. "Glory59"dan bir gün öncə - sabah kikboksçuların çəki mərasimi təşkil olunacaq.
Alim bu çəki dərəcəsində "Glory" reytinqində 2-cidirsə, rəqibi siyahıda 4-cü yerdədir. Seriya çərçivəsində keçirdiyi 4 qarşılaşmada 3 qələbə və 1 məğlubiyyəti olan idmançımız ümumilikdə 57-ci döyüşünə çıxacaq. Onun hesabında 49 qələbə və 7 məğlubiyyət var.