02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Karius: "Ramos məndən üzr istəmədi"

25.09.2018

İcarə əsasında "Liverpul"dan "Beşiktaş"a keçən Loris Karius ötən il Çempionlar Liqasının finalında qolla nəticələnən kobud səhvlərini xatırlayıb.
"Dövran Media" xəbər verir ki, alman qapıçı "Real"a 1:3 hesabı ilə uduzduqları görüşdə "kral klubu"nun kapitanı Serxio Ramosun ona dirsəyi ilə zərbə endirdiyini bildirib. Karius ispan futbolçunun buna görə ondan üzr belə istəmədiyini söyləyib:
"Məni bilərəkdən vurub-vurmadığını yalnız Ramos özü deyə bilər. Amma istənilən halda o, məndən üzr istəmədi. Tibbi müayinənin nəticələri də təsdiq etdi ki, həmin vaxt görmə qabiliyyətim pozulmuşdu. Çünki normal şərtlərdə mən o qolları buraxmazdım".
Qeyd edək ki, Karius qarşıdakı 2 mövsümü icarə əsasında "Beşiktaş"da keçirəcək.