02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kaliforniyada plastik borucuqlar qadağan edilib

23.09.2018

Birləşmiş Ştatların Kaliforniya ştatının qubernatoru Cerri Braun içkilərdə istifadə olunan plastik borucuqların qadağan edilməsi haqqında fərman imzalayıb.
Dövran Media AZƏRTAC-a istinadən bildirir ki, fərmanda borucuqlardan istifadə tamamilə qadağan edilmir. Yeni qaydalara görə, ofisiantlar yalnız müştərinin sifarişi ilə içkiləri plastik borucuqlarla gətirəcəklər.
Bundan əvvəl Kaliforniya ştatının San-Fransisko və Vaşinqton ştatının Sietl şəhərlərində plastik borucuqlardan tamamilə imtina edilib. Hakimiyyət dairələri bu addımı okeanın çirklənməsinin qarşısını almaq üçün plastik maddələrin istehlakını azaltmaq məqsədilə atırlar. ABŞ-ın Milli Parklar Xidmətinin hesablamalarına görə, amerikalıları hər gün 500 milyona yaxın plastik borucuqdan istifadə edirlər.