02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rihannanı səfir seçdilər

22.09.2018

Dünya şöhrətli ifaçı Rihanna vətəni olan Barbadosun təhsil, turizm və investisiya məsələləri üzrə səfiri seçilib.
"Dövran Media" "Billboard”a istinadən bildirir ki, bu haqda Barbadosun baş naziri Mia Amor Motli məlumat verib.
"Rihanna bu ölkə üçün səhiyyə və təhsil sahəsində bir sıra xeyriyyə işləri görüb. Eyni zamanda vətənpərvər olduğunu həmişə büruzə verir. Bir pop ikon olaraq uğurları danılmazdır, ağıllıdır. Bu səbəblə də, Barbadosu daha da yaxşı yerlərə aparmaq üçün ona rəsmi vəzifə verməyimiz lazım idi”, - deyə Motli söyləyib.
Oxu: Rihanna milyarder sevgilisi ilə dalaşarkən görüntüləndi - FOTO
Riri isə yeni vəzifəsinə görə həyəcanlı olduğunu bildirib.
"Ölkəmdə belə pristijli vəzifə almaqdan qürur duyuram. Hər barbadoslu mövcud vəziyyətdə çalışmalıdır. Mən vəzifəmin öhdəsindən gələcəyəm və buna görə çox həyəcanlıyam”, - deyə Rihanna qeyd edib.