02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Messi Ronaldonu geridə qoydu

19.09.2018

"Barselona” klubunun hücumçusu Lionel Messi Çempionlar Liqasında qeydə alınan het-triklərin sayına görə rekordu təzələyib. 
"Dövran Media" xəbər verir ki, bununla bağlı "Marca” nəşri məlumat yayıb. 
Forvard qrup mərhələsi çərçivəsində Hollandiyanın PSV klubuna qarşı keçirilən qarşılaşmada üç dəfə fərqlənə bilib. Bununla, Messi "Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldonun rekordunu yeniləyib. Ronaldo Çempionlar Liqasında keçirdiyi oyunlarda yeddi dəfə het-trikə imza atmışdı. 
Portuqaliyalı bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Yuventus” - "Valensiya” oyununda meydana çıxacaq.